"1st Fitness" aşpaz vəzifəsinə işçi axtarır - MAAŞ 1200 AZN+BONUS
Aşpaz
Son tarix 20 may 2023
İş yeri: 28 may,Vurğun Residence
İş barədə məlumat:
- Razılaşdırılmış menyuya və yazılı resepturaya əsasən yeməklərin keyfiyyətli şəkildə hazırlanmasını təmin etmək
- Menyu tərtibatında yeni təkliflər vermək
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Məhsullara və onların müddətinə nəzarət etmək
- Mətbəxdə istifadə edilən alət və ləvazimatların həmişə təmiz və işlək qaydada olmasını təmin etmək
- Sifarişlərin yüksək keyfiyyətlə və vaxtında hazırlanmasını təmin etməli
Namizədə tələblər:
- Yaş: 23-45
- Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi
- Komandada işləmə bacarığı
- Hər növ yeməklərin hazırlanmasında məlumatlı olmaq (Dietik/Avropa mətbəxi)
- Diqqətli, məsuliyyətli və cəld
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik 07:00-15:00 ; 15:00-23:00 (Nahar fasiləsi verilir)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 1200 AZN + bonus
- Nahar şirkət tərəfindən verilir
Təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Böyük komandanın üzvü olmaq
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aşpaz” yazaraq hrm@zeta.az email ünvanına göndərmələri xahiş olunur.