Sosial iqtisadiyyat

Baş nazirdən su ilə bağlı SƏRƏNCAM

Suyun alqı-satqı müqaviləsinin imzalanmasına dair yeni təkliflər hazırlanacaq.

ENA.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Eləcə də bax: Bu rayonlarda su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanmasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) layihənin icrası ilə əlaqədar aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrasına nəzarət Baş nazirinin müavini Şahin Mustafayevə tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)