Dövlət Turizm Agentliyi yaxın günlərdə turizm reyestrini istifadəyə verəcək
Dövlət Turizm Agentliyi yaxın günlərdə turizm reyestrini istifadəyə verəcək.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Bakı KOB Evi”ndə keçirilən “Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə bildirib.
O, həmçinin qeyd edib ki, 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayının 4 milyona, yerli turistlərin illik sayının 6 milyona, turizm üzrə xərcləmələrin illik məbləğinin isə 10 milyard manata çatdırılması üçün addımlar atılır.
“Hazırda Suqovuşan, Tuğ və Hadrutda turizm infrastrulturunun inkişafı üzrə işlər aparırıq. Həmçinin bu məqsədlə hava nəqliyyatının inkişafı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Görülən işlərlə yanaşı görəcəyimiz çox iş var. İnkişaf üçün hər birimiz çox səy göstərməliyik”, – deyə F.Nağıyev əlavə edib.