Karvan - L işçi axtarır - MAAŞ 1700 AZN
İnsan Resursları üzrə Böyük Mütəxəssis
Son tarix 18 may 2023
İş barədə məlumat:
- Aidiyyatı iş yerlərində işləyən işçi heyyətinə aid verilən əmr, sərəncam və göstərişlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və elektron qeydiyyatının aparılması (işə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət);
- ƏM xitam verilən işçilərin dövriyyə vərəqələrinin düzgün tamamlanmasına nəzarət olunması;
- Əmrlərinin təsdiqə verilməsi və mühasibatlığa göndərilməsi;
- İşçi heyətinin illik məzuniyyət qrafiklərinə əsasən vaxtlı-vaxtında məzuniyyətə buraxılmasının həyata keçirilməsini təmin edilməsi;
- Əmək kitabçalarının qeydiyyatını aparıb, onların vaxtlı-vaxtında və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasını təmin olunması və əmək müqaviləsinə xitam verilən işçiyə təhvil verilməsi;
- Hesabatların hazırlanması,arayışların,çıxarışların və tövsiyyə məktublarınınn hazırlanması
- İşçilərin gündəlik işə dəvamiyyətinə,icazə vərəqələrinə nəzarət olunması,xəstəlik vərəqələrinin doldurulması,aylıq tabelləri mühasibatlıq şöbəsinə təqdim olunması
- Xarici vətəndaşların iş və yaşayış icazələrinin alınması; Dövlət Miqrasiya Xidməti ilə bağlı bütün işlərin həyata keçirilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
- Yeni işə qəbul olunmuş işçilərin əmək qabiliyyətini mütəmmadi nəzarətdə saxlamaq və onunla bağlı məlumat almaq
- İş elanlarının paylaşımı, müsahibələrinin təşkili, testlərin keçirilməsi, namizədlərin müvafiq cavablar ilə təmin edilməsi də daxil olmaqla işə qəbul prosesinin tam dəstəklənməsi;
- Yeni gələn işçilərin şəxsi işlərinin tamamlanması və saxlanılması;
- Yeni işə götürülən işçilər üçün əmək haqqı kartının sifariş olunması
- Ümumi şirkətin nəzdində olan sahə işçilərinə bir başa nəzarət
- Dövlət Məşğulluq Agentliyi və Statistika komitəsi kimi müxtəlif Dövlət qurumlarına təqdim edilən hesabatların (aylıq və rüblük) hazırlanması;
- Çıxış müsahibələrinin və iclasların protokollaşdırılması və s. kimi müvafiq sənədləşdirmə işlərində dəstək;
- Sorğuların keçirilməsində dəstək, sorğu proqram təminatının idarə edilməsi;
- Tədbirlərin həyata keçirilməsində dəstəyin göstərilməsi;
Namizədə tələblər:
- Ali təhsili;
- İnsan resursları üzrə 5 il iş təcrübəsi;(istehsalat üzrə təcrübəsi olanlara üstünlük veriləcək)
- MS Office (xüsusilə MS Excel) üzrə biliklər;
- 1C proqramı üzrə bilikllər.
- Yüksək səviyyəli ünsiyyət bacarığı;
- Analitik düçüncə
- Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları
- Riyazı analiz aparma bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Stressə davamlılıq və komandada işləmə bacarığı
e-mail: hr@karvanl.com
Nahar və telefon şirkət tərəfindən verilir.
Əmək haqqı 1700 AZN.