Gündəm

Məktəblərdə Ramazan tətilinin vaxtı açıqlandı

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21- və 22-si Ramazan bayramı günləri müəyyən edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir", - məlumatda deyilir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)