Birja

Kəskin bahalaşdı və yenidən ucuzlaşır: 2023-cü ildə bitkoini nə gözləyir? 

Bitkoinin qiyməti son günlər sürətlə qalxdı və bugün yenidən “qırmızı zona”ya keçib. Ötən həftə sonu birjalarda 30 min 700 dollara alış-veriş edilən bitcoin bugün artıq 29 min 852 dollara düşüb.

Bitcoin-də son qiymət hərəkəti bazar kapitallaşmasını 579 milyard 67 milyon 124 min dollar səviyyəsində saxladı. Bu ilin əvvəlindən indiyədək Bitcoinin dəyərində 80,78% dəyişiklik var. Bəs rəqəmsal  pullar niyə bahalaşır?

Bu bazarın qiymət aralığına baxsaq, ən aşağı qiyməti 2011-ci ildə təzə yarananda olub - 5 cent! 2018-2021-ci illərdə isə bitcoin bahalaşaraq 68 min dollara yüksəldi. 2021-ci ildə yenidən dəyər itirməyə başladı və əvvəlki illərdə bitkoini baha qiymətə alanlar müflis oldular. 2022-ci il noyabrın 21-də isə bitcoin pik qiymətindən 5 dəfəyə yaxın ucuzlaşaraq 15 min dollara düşdü. 

İstinad: https://tr.cryptonews.com/coins/bitcoin/

Dünya iqtisadiyyatının durğunluğa doğru getdiyi dövrdə, pul bazarında dəyişikliklər və investisiya gedişlərində fərqlilik diqqətə çarpır. Xüsusən Amerikanın “Silikon bankı”nın müslis olması ilə bağlı açıqlamasından sonra dolların ilin əvvəlindən bazardakı reytinqdə yaranan çatlar daha da dərinləşdi. Nəticədə investorlar avro və qızıla, eyni zamanda kağız pullara alternativ kimi rəqəmsal pullara investisiya qoymağa başladılar. Nəticədə bitcoin sürətlə bahalaşdı.

2023-cü ildə bitcoin ilə bağlı ehtimallar

Şirkətlərin kriptovalyutalara marağı və yeni təşəbbüslər sayəsində kriptovalyutalarda ciddi artım müşahidə oluna bilər. Priceprediction saytına görə, Bitcoin 5 ildən sonra 177.000 ABŞ dolları olacaq.

Başqa bir analitik internet saytı iddia edir ki, 2023-cü ilin ikinci rübündə Bitcoin 35.000 ABŞ dollarına çata bilər. Bütün təhlillərin ümumi nəticəsi odur ki, dünya iqtisadiyyatının və ABŞ inflyasiyasının ortadan qalxması ilə bitkoinin 2023-cü ildə 20.000-25.000 ABŞ dolları ətrafında olacağı gözlənilir.

Bitcoin haqqında ən ciddi proqnozlar verən platforma Gov Capital-dır. İnvestorlar üçün eksklüziv məlumatlar hazırlayan Gov Capital, 2027-ci ildə Bitcoin-ini 230.000 ABŞ dolları qiymətləndirir.

Nigar Abbasova

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department