Türkiyənin ilk müşahidə peyki kosmosa buraxıldı
Türkiyənin "TÜBİTAK Uzay" müəssisəsi tərəfindən hazırlanan ölkənin ilk müşahidə peyki orbitə göndərilib.
ENA.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Ölkənin ilk yerli və milli müşahidə peyki olan "İmece" ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr bazasından saat 09:47-də kosmosa buraxılıb.
680 kilometr yüksəklikdə yerləşəcək peyk 5 il fəaliyyətdə olacaq. Bu müddət ərzində hədəfin müəyyən edilməsi, aşkarlanması, təbii fəlakət, kənd təsərrüfatı tətbiqləri kimi bir çox sahədə ölkəyə xidmət göstərəcək. Peyk dünyanın istənilən yerindən görüntülər əldə edə biləcək.