Gündəm

Azərbaycanda bu şirkətlərin istehsal etdiyi kolbasa və sosiskaların tərkibində donuz DNT-si aşkarlandı - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı məlumat yayıb.

ENA.az xəbər verir ki, məlumatda bildirilib ki, AQTA tərəfindən “Monitorinq Planı”nın icrası məqsədilə kolbasa və sosiska məhsulları üzrə aparılan nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Bəzi məhsulların laborator sınaqları aparılmaqla yanaşı, bu sahədə monitorinqlər davam etdirilməkdədir.

AQTA bildirir ki, nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan 6 istehsalçı müəssisədə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilib. Yoxlama nəticəsində uyğunsuzluq aşkar edilmiş məhsulların dövriyyədən çıxarılması və satış şəbəkələrindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, 1 müəssisənin (“Sevilən Ad” MMC) istehsal fəaliyyəti dayandırılıb, 4 məhsulun istehsalı qadağan edilib, sözügedən müəssisələrin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görülüb. AQTA tərəfindən digər müəssisələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yoxlamalar davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində sınaq nəticələri uyğun olan məhsullarla bağlı geniş məlumat veriləcəkdir.

AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Məlumat üçün bildiririk ki, sınaq nəticələri cədvəldə qeyd edilən məhsul partiyalarına şamil edilir.

Sınaq nəticələrində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyaları və istehsalçıları ilə bağlı məlumatla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Monitorinq zamanı yeni uyğunsuzluqlar aşkarlanmış kolbasa və sosiska məhsullarına dair
məlumat
Məhsulun istehsalçısı Məhsulun
əmtəə nişanı
Məhsulun növü İstehsal tarixi Aşkarlanan uyğunsuzluq
1 “Sevilən Ad” MMC “Dilim-Dilim” Bişmiş “Doktorskaya” kolbasası 23.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb
2 “Dilim-Dilim” Bişmiş “Lyubitelskaya” kolbasası 23.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
3 “Əsl Dad” Bişmiş hisə verilmiş kolbasa 20.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
4 “Əsl Dad” Hisə verilmiş sosiska 27.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
5 “Mir 2016” MMC “Köhnə Dad” Bişmiş “Doktorskaya” kolbasası 19.01.2022 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
6 “Hakan Foods” MMC “Yeni Dad” “Qız qalası” sosiskası 20.02.2023 Üzərində mal əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
7 “Kral” Bişmiş “Xlebnaya” halal kolbasası 10.03.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
8 Fiziki şəxs
Məmmədov Rövşən
“Dadlıca” Bişmiş “Lyubitelskaya” kolbasası 12.02.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
9 Fiziki şəxs
Tahirov Vüqar
“Best Beef” Bişmiş hisə verilmiş “Servalat” kolbasası 21.02.2023 Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
10 Əla növ “Ocaq” sosiskası 09.02.2023 Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb
11 “Al-Sana” MMC “Al Sana Payım” “Keşlə” sosiskası 01.03.2023 Üzərində mal və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-si aşkarlanıb
12 İlya Kudelin Vasilyeviç “İli” sosiska 10.02.2023 Üzərində donuz və toyuq əti bəyan edilsə də, tərkibində yalnız toyuq DNT-
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)