Gündəm

Almaniyada Silikon vadisinin analoqu yaradılacaq

Almaniyada yerləşən Haylbron şəhərinin bələdiyyəsi MVRDV firmasına yüksək texnoloji innovasiyalı süni zəka mərkəzinin yaradılması göstərişini verib. Məlumatda qeyd edilib ki, yaradılması planlaşdırılan süni zəka mərkəzində əsas diqqət Günəş və külək enerji texnologiyalarının inkişaf etdirilməsinə ayrılacaq. Məşhur Silikon vadisi analoqunun sahəsi təqribi olaraq 265 000 kvadrat metr təşkil edəcək. Yüksək texnoloji kompleks əsasən laboratoriyalardan, elmi binalardan və startap mərkəzlərdən təşkil olunacaq.

    Bununla yanaşı kompleksdə yaşayış yerləri, restoranlar, uşaq bağçaları və s. infrastruktur olacaq. Kompleksdəki binaların çoxu sadə düzbucaqlı formada olacaq və onların hündürlükləri 27 metrdən yüksək olmayacaq. Yüksək texnoloji kompleksin özü isə nəhəng ölçülü dairəvi kampusu xatırladacaq. MVRDV firmasının verdiyi məlumata əsasən eyni ölçüdə olan digər tikililərdən fərqli olaraq texnoloji kompleksin enerji sərfiyyatı 80% daha az təşkil edəcək. Kompleksin enerjersinin böyük hissəsinin Günəş və külək mənbələri vasitəsilə təmin edilməsi planlaşdırılır. Bu yüksək texnoloji kompleks layihəsinə nə zaman start veriləcəyi hələ bilinmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)