BİZNES

Milyarder Əhmədovun “AZNAR”nın rəhbəri dəyişdi

Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçaydakı məşhur “AZNAR” şirkətinin rəhbəri dəyişib.

ENA.az xəbər verir ki, F.Əhmədovun qardaşı oğlu Teymur Əhmədov Fərəc oğlu “Teymur Əhmədov adına AZNAR” QSC-nin baş direktoru vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Zeynullah Qurbanov Rəcəb oğlu əvəz edib.

“AZNAR”ın Müşahidə Şurasına Fərhad Əhmədov sədrlik, qardaşı Fərəc Əhmədov şirkətin rəhbər vəzifəsində yer alırdı.

Zeynullah Qurbanov 2000-ci illərdən Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brendi adı altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran və “O’GRAE”şirkətinin yaradıcısıdır. O, ötən ilin əvvəli mediada Azərbaycanda çıxışına qoyulan qadağanı “əsassız” olduğundan gileylənmişdi.

Xatırladaq ki, Teymur Əhmədov adına “AZNAR” QSC 2006-cı ildə təsis edilib. Şirkətin 149.99 milyon manat nizamnamə kapitalı var. Şirkət Fərhad Əhmədovun atası – Teymur Əhmədovun adınadır. Azərbaycanda nar şirələri və digər məhgsulların istehsalı ilə tanınır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)