Sənaye

SOCAR və Türkiyə şirkəti Avropaya qaz satmaq üçün birgə şirkət yaratdı

Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR dövlət şirkətləri Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb.

ENA.az xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir bildirib ki, Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik. Xəzər ətrafındakı ölkələrin demək olar ki, hamısı qaz ehtiyatları olan ölkələrdir. Biz Xəzərin şərqindəki ehtiyatları Xəzərin qərbinə çatdırmaq üzərində işləyirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)