Gündəm

Dövlət Təhlükəsizliyi Xidməti maliyyə sanksiyası üzrə siyahısını yenilədi

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq sanksiya tətbiq edilməli şəxslərin və təşkilatların ölkədaxili siyahısı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cari ilin 5 aprel tarixində yenilənmişdir.

ENA.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidməti açıqlama yayıb.

Sanskiya tətbiq edilməli şəxslərin və təşkilatların siyahısı hədəfli maliyyə sanksiyalarına dair Dövlət Təhlükəsizliyi Xidmətinin internet informasiya ehtiyatından (http://hms.gov.az/) və ya Maliyyə Monitorinqi Xidmətinin internet saytından (http://www.fiu.az/sanctions/list) əldə edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)