Sosial iqtisadiyyat

Azərbaycan pensiyaya görə MDB-də İLK YERDƏ

Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci yerə yüksəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ENA.az-a verilən məlumata görə, eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.

Minimum aylıq əməkhaqqının dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıralamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)