Azərbaycan nefti 6 dollara qədər bahalaşdı
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 6 dollara qədər bahalaşdı.
ENA.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,93 ABŞ dolları, yaxud 7,24 % artaraq 87,81 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.