ABŞ İrana təzminat ödəyəcək - QƏRAR
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İranın aktivlərini dondurmaqla beynəlxalq hüququ pozduğuna qərar verib. Qərara əsasən, Vaşinqton tehrana təzminat ödəməli olacaq.
ENA.az xəbər verir ki, bununla bağlı qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib.
"Hakimlər ABŞ-ın İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb.
Təzminat İran Mərkəzi Bankının 1,57 milyard dollardan çox məbləğdə dondurulmuş vəsaitlərini əhatə edir.
İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb. Diqqətə çatdırılıb ki, ABŞ İranın aktivlərinin bir hissəsinin qeyri-qanuni dondurulmasına görə Tehrana təzminat ödəməlidir.
Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel yazılı açıqlamasında qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ABŞ rəsmilərini məyus edib.