ABŞ dünya demokratiyası üçün 9 milyard dollardan çox pul ayıracaq

ABŞ üç il ərzində dünyada demokratiyanı dəstəkləmək üçün 9.5 milyard dollar ayıracaq.
Bu barədə Ağ Ev məlumat yayıb.
2022, 2023 və 2024-cü illər üzrə ABŞ bütün dünyada demokratiyanı, insan haqlarını və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9.5 milyard dollar sərmayə qoyacaq.