PASHA Holding işçi axtarır - VAKANSİYA
HR Assistant
Son tarix 30 apr 2023
PAŞA Holdinq Qrup üzrə İnsan Resursları və İnzibati işlər departamenti daxilində İR üzrə köməkçi vəzifəsini doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
- İR sənədlərinin elektron və çap nüsxələrinin məlumat bazasında saxlanmasının təmin edilməsi;
- İş elanlarının paylaşımı, müsahibələrinin təşkili, testlərin keçirilməsi, namizədlərin müvafiq cavablar ilə təmin edilməsi də daxil olmaqla işə qəbul prosesinin tam dəstəklənməsi;
- İnsan Resursları üzrə Baş mütəxəssisin nəzarəti altında daxili İR kommunikasiya kanallarının idarə olunmasında dəstək;
- Həyat, yaşam, sağlamlıq sığortası kimi güzəşt və imtiyazlar proqramlarının, eyni zamanda, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və s. izlənilməsində dəstəyin göstərilməsi ;
- Dövlət Məşğulluq Agentliyi və Statistika komitəsi kimi müxtəlif Dövlət qurumlarına təqdim edilən hesabatların (aylıq və rüblük) hazırlanması;
- Çıxış müsahibələrinin protokollaşdırılması və s. kimi müvafiq sənədləşdirmə işlərində dəstək;
- Sorğuların keçirilməsində dəstək, sorğu proqram təminatının idarə edilməsi;
- Tədbirlərin həyata keçirilməsində dəstəyin göstərilməsi;
- Qrup üzrə İR və Admin Direktoru/Meneceri tərəfindən verilən digər tapşırıqların icrası;
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- 1il müvafiq sahədə olmaqla ümumilikdə 2 il peşəkar təcrübə;
- Bakalavr və ya magistr təhsil dərəcəsi;
- İngilis dili biliyi. Rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyəli ünsiyyət bacarığı;
- Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- PAŞA Holdinqin rəsmi veb səhifəsi vasitəsilə anket forması doldurulmalı;
- Anket formalarının doldurulması üçün son tarix 29 aprel, 2023-cü ildir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.