Avro/dollar pariteti kritik hədddədir
Avro/dollar paritetində 1,10 səviyyəsini keçə biləcəyi proqnozlaşdırılır. ENA.az xəbər verir ki, Avropa Mərkəzi Bankının FED və İngiltərə Bankından daha iti ritorika ilə faiz artırmasından sonra bu qənaət irəli sürülür.
Pul siyasətlərində genişlənməyə başlayan fikir ayrılığı valyuta və istiqraz investorlarının qərarlarında da özünü göstərməyə başladı.
Citigroup Inc., Societe Generale SA və Deutsche Bank AG-nin məlumatına görə, Avropa Mərkəzi Bankının (ECB) bu mövqeyi hazırda 1.08-in altında olan Avro/Doların qarşıdakı aylarda 1.10-a yüksəlməsinə səbəb ola bilər.
Digər tərəfdən, qısamüddətli Avropa svop dərəcələri martın əvvəlində ABŞ-dakı ekvivalentlərini yaxalayaraq 70 baza bəndinə endirdi.
SocGen strateqləri bu səviyyənin sonuncu dəfə 2021-ci ildə avro/dolların 1.21-dən yuxarı qalxdığı zaman müşahidə edildiyinə diqqət çəkiblər. Russell Investments-in Qlobal FX direktoru Van Luu, "Daha uzunmüddətli tendensiyaya və daha kiçik istiqraz gəlirliyinə əsaslanaraq, növbəti 1-2 ayda avrodakı uzun mövqelərimizi artırmağı hədəfləyirik", - deyib.