Gündəm

Elektron Auksion Portalı istifadəyə verilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu bankların balansındakı daşınar əmlakların sürətli satışı məqsədi ilə Elektron Auksion Portalını (https://auction.adif.az) istifadəyə verib.

ENA.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, portal koronavirus (COVID-19) pandemiyasına görə elan edilmiş karantin rejimi nəticəsində elektron ticarətin genişlənməsi fonunda yaradılıb.

Portalda istənilən fiziki və hüquqi şəxs qaydalara uyğun olaraq qeydiyyatdan keçib istifadə edə bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və yaxud auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada yerləşdirilib.

Hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. İstər fiziki, istərsə də hüquqi şəxslər ədalətli qiymətlərlə vaxtlarına qənaət edərək heç bir yerə getmədən onlayn şəkildə əmlak əldə edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)