İnşaat və əmlak

MİDA daha bir şəhərdə sosial evlər tikir

Azərbaycanda daha bir şəhərdə sosial evlərin tikintisinə başlanılır.

ENA.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nəzdindəki «MİDA» MMC Yevlax şəhərində sosial evərin tikintisinə hazırlıqla bağlı tenderə yekun vurub.

Tender Yevlax şəhəri, Rəşid Budaqov küçəsi, 1 ünvanında 1.9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinin satın alınması ilə bağlı idi. Tenderin qalibi “Global Engineering Managment Company” MMC-dir. “MİDA” şirkətə 214 min 500 manat ödəyəcək.

Yevlaxda neçə bina və mənzilini tikiləcəyi məlum deyil. Qalib şirkət tenderə uyğun olaraq tezliklə binanın layihəsini təqdim edəcək. Bundan əvvəl MİDA Bakı və Gəncə şəhərlərində sosial evlər tikərək satışa çıxarıb. Sumqayıt və Lənkəranda isə belə evlərin tikintisi davam edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)