Qarabağ

Ermənistan və Azərbaycan məqbul həll yolu tapıblar - Mirzoyan

Sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir.

ENA.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər. Mirzoyan vurğulayıb ki, sənəd iki ölkə arasında imzalanacaq.

Erməni nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)