Gündəm

Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlılara sənədlərin verilməsi prosesinə başlanıb

Azərbaycandan Türkiyə Respublikasına mühacirət etmiş və indiyədək qeyri-qanuni olaraq yaşayan çoxsaylı həmvətənlərimizin Türkiyə cəmiyyətinə sağlam inteqrasiyası, təqdim edilən iqtisadi, sosial və digər humanitar təminatlardan faydalanması məqsədilə onların tələb olunan rəsmi sənədlərlə, humanitar yaşayış icazələri ilə təmin edilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, 2022-ci ildə bir sıra uğurlu nəticələr əldə edilib.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Türkiyə tərəfi ilə aparılmış danışıqların nəticəsinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinin (İşçi Qrup) iki səfəri çərçivəsində ümumilikdə 1817 nəfər şəxsin müraciəti cavablandırılıb. Onlardan 1136 nəfərin pasport rəsmiləşdirilməsi üzrə 136 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib, 13 nəfər şəxsdən bioloji valideynlik analizi götürülüb, eləcə də 63 konsulluq əməliyyatı (39 subaylıq arayışı, 24 doğumun qeydə alınması) həyata keçirilərək, 574 şəxsin müraciəti üzrə müvafiq maarifləndirmə işi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)