“Telegram”a yeni funksiya əlavə edilib
“Telegram”ə enerjiyə qənaət rejimi, podkastların və səsli mesajların oxunma sürətini təyin etmək, o cümlədən mesajın oxunma vaxtını görmək imkanı əlavə edilib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Enerjiyə qənaət rejimi resurs tutumlu animasiyalar və medianın avtomatik oynatılmasını söndürəcək. Podkastlar və səsli mesajlar indi mesaj sürəti düyməsini basıb saxlamaqla 0.2x-dən 2.5x-ə qədər istənilən sürətlə oxuna bilər.
Tərtibatçılar messencerə həmçinin botları tam lokallaşdırmaq və müxtəlif dillərə tərcümə etmək imkanını əlavə ediblər. iOS cihazının sahibləri indi bir qovluqdakı bütün mesajları oxunmuş kimi qeyd edə, həmçinin qovluqdakı mesajlar arasında sürətli axtarış edə bilərlər. Android-ə bu funksiyanın bir qədər sonra əlavə edilməsi gözlənilir.