Bank

Rabitəbankda yeni təyinat olub

Rabitəbankda yeni təyinat olub.

Bankdan daxil olmuş məlumata görə, Anar Əliyev Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2007-ci ildə əmək fəaliyyətinə “MuğanBank” ASC-nin “Qərb” filialında kredit mütəxəssisi olaraq başlayan A. Əliyev bir müddət sonra həmin şöbənin müdiri vəzifəsinə yüksəlmiş, daha sonra isə Risklərin İdarə Edilməsi, Maliyyə, Biznes Proseslərin İdarə Edilməsi kimi bir neçə departamentin direktoru və 2021-ci ildən isə Audit Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Anar Əliyev “Azərbaycan Dövlət İqtisad Universiteti”-nin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almışdır. Bununla yanaşı, o, Auditorlar Palatası və GRBS tərəfindən “Mühasibat uçotu üzrə Milli sertifikat”, Wharton (University of Pennsylvania) tərəfindən təşkil edilmiş “Business Analytics” və Luksemburqda “Risk Management in Banking Foundation Level” sertifikatlarına yiyələnmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)