Arayik istefaya hazırlaşır
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni sepatarçılarının rəhbəri Arayik arutyunyan istefa verməyə hazırlaşır
ENA.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Erməni mənbələrində yer alan xəbərlərə görə, Arutyunyan "vəzifəsindən" getməyə razıdır. "İrəvunk" nəşri isə bildirib ki, Arayik payız aylarına qədər "vəzifə"sində qala bilər, onun istefası sonrakı dövrdə mümkündür.
İddia olunur ki, Arutyunyan istefaya razılaşsa da, guya yerli ermənilər onun getməsini istəmir.
Qeyd edək ki, bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
"Hraparak" bildirir ki, görüş çox gərgin keçib. Belə ki, Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini diqqətə çatdırıb. Arayik qəmgin əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifədə" qalmaq istəmədiyini söyləyib.
Bu mənada, onun tezliklə istefa verə biləcəyi ehtimal olunur.