Qarabağ

Hərbi əməliyyatlar yenidən başlana bilər - Diplomat

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə bildirib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

ENA.az xəbər verir ki, bu barədə diplomat tviter səhifəsində paylaşım edib.

“Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını alt-üst xətti ilə köçürməkdə davam edir. Bu da Qarabağ İqtisadi Rayonuna Xankəndi-Xəlfəli-Turşsu asfaltsız yolu ilə baş verir. 10.10.2020-ci il tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların bərpasına səbəb ola bilər”,-  deyə diplomat qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)