"2008-ci ilin avqustu təkrarlansa, Tbilisiyə zərbələr endiriləcək" - Simonyandan TƏHDİD
Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib.
ENA.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək", - deyə Simonyan bildirib.