Kriptovalyuta bazarında Silverqeyt şoku
Son dövrün kripto aktiv bazarlarında ən böyük risk olaraq ortaya çıxan Silvergate ilə bağlı yeni inkişaflar bazarda satış dalğasının artmasına səbəb oldu. Bitcoin 20.000 dollardan aşağı düşdü.
ENA.az xəbər verir ki, ABŞ-da iki maliyyə qurumunun yaşadığı problemlər Wall Street və kriptovalyuta bazarlarında narahatlıq yaradıb.
Əvvəlcə kriptovalyuta bazarlarına diqqət yetirən Silvergate Capital çərşənbə günü fəaliyyətini dayandırmağı və bankını ləğv etməyi planlaşdırdığını açıqladı. O, həmçinin şirkət daxilindəki bütün əmanətləri tam şəkildə ödəməyi planlaşdırdığını bildirib.
ABŞ-ın kriptovalyuta mərkəzli ən böyük bankı halına gələn Silvergate-in 14 milyard dollar depoziti var idi. Bununla belə, FED-in aqressiv faiz artımı, eləcə də noyabrda FTX-nin çökməsi banka ciddi ziyan vurub.
Nəhayət, Silikon Vadisi Bankının (SVB) gələcək hədəflərini aşağı salması, 2,3 milyard dollarlıq kapital artımı və istiqraz portfelində 1,8 milyard dollarlıq böyük itki elan etməsi ABŞ bank səhmlərini şoka salıb.