“Azərbaycanda su qıtlığı get-gedə daha da artacaq”
“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”.
ENA.az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.
Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: “Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.