Azərbaycan nefti bahalaşmaqda davam edir
![](https://ena.az/uploads/news/2023-03/_ena_384e42d9d4df6300aa7586da0_o.jpg)
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollara yaxın artıb .
ENA.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,87 % artaraq 86,71 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.