Rusiyada hərbi təyyarə partladı

Rusiyanın Ulyanovsk şəhərində yerləşən təyyarə zavodunda İl-76 hərbi-nəqliyyat təyyarəsi partlayıb.
ENA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident İl-76 təyyarəsinin gövdəsinin testdən keçirilməsi zamanı baş verib. Təzyiq altında depressurizasiya baş verib, nəticədə təyyarədə partlayış olub.
Partlayış nəticəsində 6 işçi yaralanıb, onlardan biri daha sonra aldığı xəsarətlərdən ölüb.
Detallar araşdırılır.