Hadisə

Bakıda vətəndaşların pulunu mənimsəyən lombard sahibi yoxa çıxıb - VİDEO

Paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən “Lombard”dan qızıl qarşılığında  pul götürən şəxslər indi qızıllarını geri ala bilmir.

"BI"nin Baku TV-yə istinadən xəbərinə görə, şikayətçilər deyir ki, lombard sahibləri mağazanı bağlayıb, zənglərə isə cavab vermirlər.  

Sakinlər deyirlər ki, həmin şəxslər 100-ə yaxın vətəndaşı aldadıb. Adıçəkilən lombardın sahibini tanıdığını deyən Zəminə Məhərrəmova bildirir ki, həmin qadın ona qarşı da dəfələrlə dələduzluq edib. 

Lombard sahibləri ilə əlaqə yaratmaq istəsək də, zənglərimizə cavab verən olmadı.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)