Gündəm

Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək.

ENA.az xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)