Ermənilər ABŞ-də Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar

Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə yazıb.
“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - diplomat qeyd edib.