Bank

Azərbaycan banklarının rəhbərləri Mərkəzi Bankda toplandılar

Azərbaycan Mərkəzi Bankında ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüş olub.

ENA.az bu barədə AMB-nin sədri Taleh Kazımovun tvitinə istinad edir.

“Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meylilərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi”- deyə, baş bankir qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)