Sosial iqtisadiyyat

İqtisadiyyat Nazirliyi işçilərinin sayı ARTIRILDI

Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb.

ENA .az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a çatdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)