Elm və Texnologiya

“WhatsApp”da xəbər lenti funksiyası olacaq - YENİLİK

“WhatsApp” fərdi xəbərlər göndərmək funksiyası üzərində işləyir. Tətbiqin 2.23.5.3 beta versiyasında bu funksiya “Newsletter” adlanır. Yeniliyin xəbər lenti şəklində olacağı güman edilir.

ENA.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“WABetaInfo”nun araşdırmasına görə, “Newsletter”də reklam, eləcə də hər bir istifadəçi üçün fərdi tövsiyələr yaradan alqoritmlər olmayacaq və kontent xronoloji ardıcıllıqla göstəriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)