Entoni Blinken: "Sülh üçün tarixi imkanlar var"
Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir.
ENA.az xəbər verir ki, bunu fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyanla görüşdən əvvəl deyib.
“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Tərəflərin özləri yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yolu ilə, eləcə də Avrop İttifaqı və bizimlə diqqət mərkəzində olublar. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, - deyə ABŞ rəsmisi bildirib.