Türkiyəyə 465 milyard dollar lazımdır - Dünya Bankı
Türkiyənin 10 bölgəsində baş verən zəlzələlər binaların zəifliyini bir daha ortaya qoydu. Binaların zəlzələlərə və digər təbii fəlakətlərə davamlı olması lazımdır.
Dünya Bankının məlumatında deyilir ki, Türkiyədə binaların və evlərin təhlükəsizliyini təmin etmək üçün (söküb yenidən tikmək üçün) 465 milyard dollar tələb olunur.
Dünya Bankı Türkiyədə məzil fondunun böyük hissəsinin 2000-ci ildən əvvəl tikildiyini diqqətə çatdırıb. Binaların zəlzələlərə və iqlimlə bağlı fəlakətlərə “həssas” olduğu vurğulanıb.
Binaların zəlzələlərə və digər fəlakətlərə davamlı olması üçün onları gücləndirmək və ya yenidən qurmaq lazımdır.
Hesabata görə, Türkiyədə 6,7 milyon yaşayış binasının yalnız 4%-i yenilənib. Qalan binaların yenilənməsi üçün əlavə maliyyə resruslarına ehtiyac var.
Dünya Bankı zəlzələdən sonra Türkiyəyə 1,78 milyard dollar yardım vəd edib.