Qarabağ

Paşinyan: "Sülhlə bağlı təkliflərimizi Bakıya göndərmişik"

"Ermənistan Respublikası dünən sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb, sənəd Azərbaycana və həmsədr ölkələrə təhvil verilib".

ENA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Biz layihə üzərində işləyirik, istənilən an imzalamağa hazır olduğumuz sənədi əldə etmək istəyirik. Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır və biz ümid edirik ki, danışıqlar nəticəsində müəyyən irəliləyiş əldə etmək mümkün olacaq. Bizim baxışımız belədir ki, sənəddə uzunmüddətli sülhün pozulmasının hər hansı mümkün ssenarisini istisna edəcək razılaşma məntiqi, tarazlıq və çəkindirmə mexanizmi yer almalıdır. Məsələ ondadır ki, absurd səslənsə də, müqavilənin imzalanması müharibəyə səbəb olmamalıdır, əksinə, əslində uzunmüddətli sülhə gətirib çıxarmalıdır. Mən əsl sülhə gətirib çıxaracaq belə bir sülh müqaviləsini imzalamağa və bu məsuliyyəti öz üzərinə götürməyə hazır olduğumu bir daha təsdiq edirəm", - deyə Paşinyan bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)