“Twitter” marixuananın reklamına icazə verib
İlon Maska məxsus “Twitter” sosial şəbəkəsinin administrasiyası öz siyasətində Amerika şirkətlərinə narkotik vasitələrin, yəni marixuananın reklamına icazə verən dəyişikliklər edib.
ENA.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Şirkətin rəsmi tviter səhifəsində Biznes və Əməkdaşlıq bölməsində, məhdudiyyətlər nəzərə alınmaqla, marixuana reklamçılarının öz məhsullarını reklam edərkən Kanada və ABŞ-ı hədəf almasına icazə verilməsindən bəhs edilir.
Bunlara müvafiq orqanlar tərəfindən lisenziya verilməsi, yalnız mal və ya xidmətlərin internetdə təşviqi üçün icazəsi olan ölkələr və bölgələrə reklam təqdim etmək, onların təkliflərini azyaşlı internet istifadəçilərinə yaymamaq tələbləri daxildir.
Nəşr əlavə edib ki, belə bir kampaniya martın sonuna qədər davam edəcək.