Avtomobil

Azərbaycana elektrik avtomobillərin idxalı kəskin artıb

2023-cü ilin yanvar ayında Azərbaycana 102 milyon 621 min dollar dəyərində 6 881 ədəd nəqliyyat vasitələri idxal olunub.

ENA.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar ayında isə Azərbaycana 68 milyon 215 min dollar dəyərində 5 685 ədəd nəqliyyat vasitələri idxal olunub. Belə ki, illik müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsində 51%, miqdar ifadəsində 21% artıb.

Bu ilin yanvarında 91 milyon 449 min dollar dəyərində 6 458 ədəd minik avtomobili idxal edilib, halbuki ötən ilin eyni dövründə 48 milyon 997 min dollar dəyərində 5 231 ədəd minik avtomobili idxal edilmişdi.

Avomobillərin 119-u (4 milyon 938 min ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 2022-ci ildə 505 min dollarlıq 13 ədəd elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. (miqdar ifadəsində artım 9 dəfə, dəyər ifadəsində 9.8 dəfə)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)