Qeyri-Bank

20 BOKT-ın lisenziyası - LƏĞV EDİLİB

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sayı azalmaqda davam edib. 

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatlarına istinadən xəbər verir ki, Bank olmayan kredit təşkilatlarının sayı 2018-ci ilin sonunda 104 olub. 2017-ci ildə bu göstərici 123 idi.  Bundan əlavə kredit İttifaqlarının sayı 76-dan 57-yə düşüb.
Özəl BOKT-ların sayı 122-dən 103-ə geriləyib. Dövlət BOKT-ların sayı dəyişməyib: 1.

2018-ci il ərzində lisenziya alan BOKT-ların sayı 1, lisenziyası ləğv edilmiş BOKT-ların sayı 20 olub.

2017-ci ildə lisenziya alan BOKT-ların sayı 1,  lisenziyası ləğv edilmiş BOKT-ların sayı 22 olmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)