Gündəm

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyan 84 milyard dolları keçə bilər

Fevralın 6-da baş vermiş iki zəlzələ Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in 10%-i həcmində ziyan vurub. 

ENA.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik zəlzələ nəticəsində dağılan binalara dəymiş ziyanı 70,8 milyard dollar dəyərində qiymətləndirib. Bundan əlavə, qeyd edilib ki, Türkiyə büdcəsinin gəlir hissəsində 10,4 milyard dollar itki olacaq.

"Bloomberg" əmək itkisinin 2,9 milyard dollar olacağını proqnozlaşdırıb.

Bundan əvvəl “Fitch” reytinq agentliyi Türkiyəyə dəymiş ziyanı 4 milyard dollar qiymətləndirmişdi.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)