Qarabağda ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıqlar verildi
![](https://ena.az/uploads/news/2023-02/_ena_7e8b26bed5c0d29ca18725e71_o.jpg)
Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib.
General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.