Gündəm

ABŞ ordusu Alyaskada naməlum uçuş aparatını məhv etdi

ABŞ ötən sutka düşmənə məxsus hava platformasını zərərsizləşdirib.

ENA.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə Alyaska üzərində baş verib. ABŞ hərbçiləri Alyaska səmasında naməlum uçuş aparatı görüb və onu vurublar.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, obyekt təxminən 12 km yüksəklikdə olub və mülki aviasiya üçün təhlükə yaradıb.

Jurnalistlərdən biri vurulan təyyarənin Çinə məxsus olub olmadığını soruşub. Ağ Ev sözçüsü bildirib ki, obyektin hansı dövlətə aid olduğu hələ məlumat deyil, hadisə ilə bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)