Azərbaycanda “Lotereyalar haqqında” qanun dəyişdi - QƏRAR
Prezident İlham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
ENA.az xəbər verir ki, dəyişikliyə əsasən, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:
– Aşağıdakı məzmunda 8.4-2-ci maddə əlavə edilir:
“8.4-2. Bu Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar lotereya təşkilatçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi lotereya təşkilatçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya lotereya təşkilatçısı tərəfindən təmin edilir.”.