TURİZM

“PMD”nin hotelinə yeni rəhbər təyin edildi

“PMD Hospitality” MMC-nin Lənkərandakı “Lankaran Springs Wellness Resort” hotelinin rəhbəri dəyişib.

Məlumata görə, Turqay Arı 5 ulduzlu hoteli idarə edən “Lenkeran Hotel and Resort Company” MMC-nin baş meneceri təyin edilib.

O, bundan öncə “PMD”nin “Shamakhı Palace Sharadil” hotelinin  (“Yeni Şamaxi Hotel Company” MMC) rəhbəri idi.

T.Arı bu vəzifədə Rəşad Kərimzadəni əvəz edib.

Hotel şirkətində digər dəyişiklik isə onun nizamnamə kapitalının 40 000 manatdan
207 100 manata qaldırması ilə bağlı olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)