Gündəm

Türkiyədə zəlzələdə ölənlərin sayı 912-yə çatdı

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.

ENA.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

"Dövlətimiz zəlzələ anından etibarən bütün qurumlarla dərhal hərəkətə keçib. Bütün imkanlar səfərbər edilib. Valilərin yanına 10 vali də göndərilib. 9 min personal axtarış-xilasetmə tədbirlərini davam etdirir", - deyə Prezident bildirib.

"912 vətəndaşımız həyatını itirdi, 5385 nəfər isə yaralıdır", - Ərdoğan zəlzələ qurbanlarının sayını açıqlayıb.

Son məlumatlara görə, təbii fəlakət zamanı 2818 bina dağılıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)