TURİZM

Türk Hava Yolları yenidən Rusiya kartları ilə ödəniş etməyə icazə verib

Türk Hava Yollarının saytında biletlərin alınmasında Rusiya kartı ilə ödəmək imkanı barədə məlumat yerləşdirib.
ENA.az İzvestiya-ya istinadən xəbər verir ki, yerləşdirilən elanda sərnişinlərin təkcə Mir kartları ilə deyil, Visa və Mastercard ilə də ödəniş edə biləcəkləri deyilir. Bununla belə, aviaşirkətin dəstək komandası ödənişin heç də həmişə qəbul olunmamasına aydınlıq gətirib.

Türk Hava Yollarının nümayəndələri təsdiq ediblər ki, hazırda səyahətçilər üçün Rusiya kartı ilə ödənişlər mövcuddur, lakin bəzi hallarda ödənişlər qəbul olunmaya bilər və ya ödənişdən sonra bilet ləğv ediləcək.

Ekspertlərin bildirdiyinə görə, vəsaitlərin qəbulu sxemi ya aviaşirkətin veb-saytını Rusiyanın ödəniş xidmətlərinə qoşmaqla, ya da Milli Ödəniş Kartı Sistemi ilə müqaviləsi olan "dost ölkələr”in bankları vasitəsilə işləyə bilər. Bundan başqa, sanksiyalar tətbiq edilən bankların kartları ilə də əməliyyatlar həyata keçirilir.

Rusiya kartı ilə ödəniş etməkdən imtina edildikdə, müştəri xarici bankın kartından istifadə edə, həmçinin agent vasitəsilə və ya aviaşirkətin satış ofisində bilet ala bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)